Komitə Ermənistan hökumətinə bu halların dərindən araşdırılmasını, məsul şəxslərin cəzalandırılmasını və zərərçəkmiş şəxslərə adekvat təzminat ödənilməsini tövsiyə edib.

Bu hallar Ermənistanın bir sıra beynəlxalq hüquqi öhdəliklərini – o cümlədən İşgəncələrə qarşı BMT Konvensiyası, 1949-cu il tarixli Cenevrə Konvensiyaları və onların Əlavə Protokolları, eləcə də Ümumdünya İnsan Hüquqları Bəyannaməsi kimi mühüm sənədləri kobud şəkildə pozduğunu göstərir.
Strateji Kommunikasiyalar Mərkəzi İB-nin əməkdaşları bu məsələləri 2024-cü ilin aprel ayında Cenevrədə keçirilmiş BMT-nin İşgəncələrə qarşı Komitəsinin 82-ci sessiyasında birbaşa təqdim ediblər. Sessiyada həmçinin digər Azərbaycan qeyri-hökumət təşkilatı da iştirak edib.
Bu sənədlərin və tövsiyələrin qəbul olunması beynəlxalq ictimaiyyətin Ermənistanın törətdiyi işgəncə və digər qeyri-insani rəftar halları ilə bağlı daha obyektiv mövqe sərgilədiyini göstərir.
Strateji Kommunikasiyalar Mərkəzinin hesabatı ilə buradan tanış ola bilərsiniz.
Bu isə BMT-nin yekun sənədidir.